Yolumuz Qarabağadır – “… əminliklə Şuşanı seçərdim”
Yolumuz Qarabağadır
Yanvar ayının 24 “Yolumuz Qarabağa” layihəsi çərcivəsində ilk Qarabağ səfəri baş tutub. Artıq www.yolumuzqarabaga.az portalından istifadə edərək Ağdam və Şuşa şəhərlərinə tanıtım səfərlərində ödənişli şəkildə iştirak edə bilərik.
Layihə çərcivəsində Şuşa şəhərinə ilk səfər edən yolçularımızdan biri olan Rüfət Mədətli səfərlə bağlı suallarımızı cavablandırdı ;
Rüfət bəy bildiyimiz kimi “Yolumuz Qarabağa” layihəsi çərcivəsində Şuşaya səfər edən ilk sərnişinlərdən olmusuz , neçə oldu ki ilk səfərdə iştirak etmək qərarına gəldis ?
– Bu layihənin ilk təqdimatı ediləndən sonra , artıq hər gün hər saat sayta daxil olub saytın aktiv olmasını yoxlayırdım , hətta tezliklə fəaliyyətdə olacaq sözlərinə fikir vermədən portalı gündəlik nəzrətdə saxlayırdım və istədiyimi arzunu reallaşdıra bildim. Saytda səfər bölməsi açılan kimi dərhal səfər sifarişi edərək bileti əldə edərək və ayın 24 ilk səfərə çıxanların sırasında oldum.
Səfərə biletini portaldan əldə etmisiniz , biletin əldə edilməsində bir vətəndaş olaraq xidmətdə nələr sizi qane etdi və kimi əlavələr etmək olar ?
– Bileti web saytdan əldə etdim . Online xidmət olaraq bu prosesi yüksək qiymətləndirirəm amma bəzi kiçik problemlər var ki onlarda qaydasına düşsə əla olar. Problem olaraq əsasən smartfon vasitəsilə sifariş edə bilməməyimdə oldu , çünkü smartfonla daha sürətli şəkildə bileti əldə etmək olardı.
Əsas problem təhlüksizlik kodunu müvafiq xanaya qeyd edə bilməmiyim oldu ki ,artıq məcbur olub kompyuter üzərində əməliyyatı etdim. Həmçinində saytda biletin dəyişdirilməsi və geri qaytarılması funksiyasını olmadığını gördüm ki , bu kimi xidmətlərdə saytda olsa məmnun olardıq.
Şuşa səfəri haqqında təəssüratlarınızı bölüşərdiniz, ən çox bəyəndiyiniz yer məkan hansı oldu ?
– Şuşa haqqında təəssüratlarım çox gözəldir , hətta yol boyu getdikçə Şuşaya yaxınlaşdıqca xüsusi bir hiss yaşayırdım , sevinc həyacan qarışıq bir hisslər ki onu sözlə təcəssüm etdirmək olmur. Səfərimiz boyu Şuşada gördüyümüz hər bir məkan yer doğmalılığ və sevgiylə duyurduq. Ən çox bəyəndiyimi yer isə əfsanəvi Şuşa qalası və onun ətrafı ,həmçinin də Yuxarı Gövhər Ağa məscidi idi ki bu yerlərdə olmaq möhtəşəmdir.
Rüfət bəy , Şuşa səfərindən önçə sizin Avropa turunda olduğunuz barəsində məlumatımız var. İki fərqli yer və məkan , bir turist olaraq səfər xəttini neçə şərh edərdiniz ?
– Belə deyim Avropa ilə Şuşanı eyni tərəziyə heç cürə qoymaq olmaz. Mənə desəydilər Avropa yoxsa Şuşa seçimi etmək lazımdır, mən düşünmədən Şuşanı seçərdim yəni 100 % əminliklə deyirəm və Avropa heç marağımda olmazdı. Şuşa daha doğma əziz və dəyərlidir. Əlbəttə bir turist olaraq Avropa da maraqlıdır , amma mövzü və seçim Şuşadırsa , əminliklə Şuşanı seçərdim.
Şuşaya gedilən yol barəsində çox eşitmişik , bir səfər iştirakçısı olaraq real olaraq Şuşaya gedilən yol haqqında da fikirlərini bölüşərdin.
– Şuşanın yolunu bu dərəcə ekstrimal və döngəli olduğunu bilmirdim. Aşırımlı yol olduğu barəsində məlumatım var idi və Daşkənsən , Ağsu aşırımlarına alışdığıma görə mənim üçün rahat olacağını düşünürdüm. Amma düşünməzdim ki Şuşaya gedilən yolda aşırımların çox sayda olması bir qədər çətin oldu və belə aşırımları ilk dəfə olaraq gördüm. Ancaq bunlara baxmayaraq Şuşanı görmək istəyi bütün çətinlikləri unutdurur.
Qarabağa səfər edəcək vətəndaşlara turistlərimizə nəyi tövsiyə edərdiniz ?
– Şuşaya səfər edənlərə ilk tövsiyəm odur ki , çalışsınlar təhlükəsizlik qaydalarına riayət etsinlər. Səfərin proqramına uyğun və nəzərdə tutulan marşurut üzrə hərəkət edilsin. Səfər iştirakçılarını polis və əsgərlər müşahidə edir.
Tövsiyə edərdim ki , səfər zamanı özünüzlə hazır yemək götürməyinizdir , çünkü proqrama uyğun olaraq zamanımız məhdud olduğundan ordakı iaşə obyektlərində gidalanmaq zaman olaraq çətin olur. Öncədən hazırlıqlı gəlsələr vaxt itkisi yaşamazlar.
Növbəti səfərinizin planını qurmusuz ?
Səfər planım əslində bütün Qarabağı gəzməkdir. İstərdim hər bir şəhəri rayonunda olum, inşallah zamanla yollar bərpa olunsun və səfərlərin istiqamətləri çoxalsın. Növbəti səfər planım isə artıq Ağdam şəhəri olacaq .
hazırladı : TM