Dünya turizmiTMTM - blog & vlog

Dünyanın ən yaxşı turizm kəndlərinin adları açıqlanıb

Dünyanın ən yaxşı  turizm kəndləri

UNWTO  tərəfindən  ekoloji  təmiz  olan  gözəl havası ilə  turistləri heyran edən kəndlərin siyahısı tərtib edilib.  Maraqlısı odur ki  ümumilikdə  siyahıda  olan bir neçə ölkədən  32 kənd daxil edilsə də bizim Bakımızın 32 kəndindən o siyahıda adı olan  yoxdur. Ümid edirik ki  Bakının kəndləri də turist  qəbulunda  və xidmətində öz adından müsbət mənada  yaddaşlarda qalacaq.

Beləliklə, UNWTO-ya görə, əsas meyarlardan biri o idi ki, bütün seçilmiş kəndlər  “ziyarətçilərin ,görməyə gəldiklərini məhv etmədən ziyarətçilərin sayını necə artırdıqları” üçün seçilir. “Mükafat, icma ənənələrinə əsaslanan dəyərləri və məhsulları qorumaq və təşviq etməklə, turizmdən inkişafın və yeni iş və gəlir imkanlarının təşviqi kimi istifadə edən kənd yerlərini tanıyır. Təşkilatın təşəbbüsü həmçinin kəndlərin bütün iqtisadi ,sosial ,ekoloji aspektlər üzrə innovasiyalara və davamlılığa sadiqliyinə görə tanınır.Proqram  kənd əhalisinin azalması ilə mübarizə , gender  bərabərliyi , innovasiya, infrastruktur və investisiyaları təşviq etmək ,regional gəlir, turizmin inkişafına təkan verməkdir.

Namizəd kəndlərin  siyahısı 136 olub ki , onlarda  57 ölkəni təmsil ediblər. Qaydalara  görə hər ölkə ancaq 3 kəndinin namizədliyini  verə bilərdi.  Yeganə ölkə İspaniya oldu ki , üç kəndin hamısı liderlər siyahısına daxil ola bildilər. İspanıyanin Rupit, Alkaser və Qvadelupe turistlərin sevimli kəndləridir. Həmçinin İsveçrə,Çin və Ekvadordan da iki kənd olaraq  yekun siyahıda qeydə alınıb.

Dünyaca  yüksək qiymətləndirilən  32-kəndin siyahısı ilə tanış olun :

  • Zell am See – Avstriya
  • Vaqrayn – Avstriya
  • Pukeldon – Çili
  • Dajay – Çin
  • Cincdju – Çin
  • Coaci – Kolumbiya
  • Aquariko – Ekvador
  • Anqocaqua  – Ekvador
  • Drossel dağları – Efiopiya
  • Мestiya – Gürcüstan
  • Кfar-Kama – İsrael
  • Sauris Zare – İtaliya
  • İsola-del Giglio  – İtaliya
  • Umm Kays – İordaniya
  • Кril – Meksika
  • El-Fuerte – Meksika
  • Ksar El-Horbat – Mərəkeş
  • Мulay Buzerktun Mərəkeş
  • Lamı -Peru
  • Rakci – Peru
  • Kaştelu-Novu – Portuqaliya
  • Pxensa-ri  – Koreya Respublikası
  • Rasinari  – Rumuniya
  • Qədim kənd Al-Ula – Səudiya Ərərbistan
  • Boxin – Sloveniya
  • Rupit – İspaniya
  • Alkaser – İspaniya
  • Qvadelupe – İspaniya
  • Myurten – İsveçrə
  • Andermatt – İsveçrə
  • Birgi – Türkiyə
  • Tayxay – Vyetnam

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button