Dünya turizmi
Azərbaycanla Gürcüstan arasında turizm əlaqələrinin inkişaf etdirilməsi müzakirə olunub
Yanvarın 26-da Gürcüstanın Tbilisi şəhərində Dövlət Turizm Agentliyi və Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi arasında turizm əlaqələrinin inkişafı ilə bağlı işgüzar görüş keçirilib.
Görüş çərçivəsində Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə və Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini Mariam Kvirivişvili arasında birgə turların və məhsulların yaradılması üzrə hazırlanan “Azərbaycan-Gürcüstan birgə səyahət layihəsi” barəsində müzakirələr aparılıb.