Turizm KöşəsiTMTM - blog & vlog

“Lavender villages” etkinliyi mənə Türkiyəni başqa şəkildə sevdirdi

Səyahət bloggeri olaraq fəaliyyətim boyunca GoTurkey lahiyəsinin bir parçası olmağımı çox arzulamışdım. Bir çox ölkələrdə şəxsi lahiyələrim üzrə olmuş, digərlərinə dəvət edilmişəm və hər iki halda ortaya nəticəsi olan işlər çıxarmışam. Bir gün TGA tərəfindən GoTurkey imzası ilə “Lavender villages” lahiyəsinə dəvət gəldi və o an hədsiz xoşbəxtlik hissi keçirdim. Çünki həm illərlə xəyalında olduğum bir projenin tərkib hissəsi olacaqdım, həm də çox sevdiyim Türkiyənin yeni yerlərini görəcəkdim. Beləliklə, 11-14 iyul tarixlərində Antalya, Burdur və Ispartanı özündə birləşdirən “Lavender villages” səfərimiz başladı.

IMG 6496

Hər bir səfərin ən gözəl tərəfi yeni yerlərə səyahət etməklə yanaşı, o yerləri sevdirəcək insanlarla da tanışlıqdır. Bu lahiyə də bu işin öhdəsindən gəldi – TGA rəsmilərindən tutmuş, bələdçimiz Mustafa bəyə kimi. İnsan bu cür insanların əhatəsində, onların qonaqpərvərliyi və xoşgörülüyü sayəsindən özünü evdən uzaqda hiss etmir. Həm də nə uzaqlıqdır ki, bu – Türkiyə elə öz evimizdir.
20230713 150246

Bir gün Antalyanın qədim tarixli və özünəməxsus havasına məxsus Kaleiçində Ruin Adalia hotelində qaldıq. Bu hotel mənə Hatay xatirələrimi təzələdi, çünki qaldığımız hissə qədim şəhərin qalıqları üzərində inşa edilmişdir və tarixi hiss edərək yaşamaq inanılmaz gözəl hissdir.
078A9292 01

İkinci gün yolumuz Burdura istiqamətləndi. Burada qədim Sagalassos antik şəhərini, arxeoloji muzeyi və Ulu camiini ziyarət etdik və tarixi hissəni bitirdikdən sonra lahiyənin əsas təməl mövzusu olan lavanda sahələrinə yollandıq. Burdurda bir neçə kənd lavanda yetişdirilən mərkəz olsa da biz Burdur gölü sahilində olan Lisinia kəndi-qoruğuna yollandıq. Mənzərə əfsanə idi – bir tərəfdən uzaqda üfüqdə uzanan Burdur gölü, bir tərəfdə bənövşəyi lavanda gözəlliyi. Lakin işin içində hekayə olmasaydı, bu yerlər eləcə lavanda sahələri olaraq qalacaqdı. Lisinia qoruğu bir şəxsin şəxsi təşəbbüsü nəticəsində, ailəsindən onkoloji xəstəlikdən 3 üzvü itirməsi ilə yaranmışdı. Kimyəvi məhsullardan imtina və təbiətlə iç-içə olub, eyni zamanda ona az zərər vurub daha çox töhfə vermək məqsədilə “Lisinia doğa parkı” yaranmışdı. İllərin zəhməti və sevgisi ilə ərsəyə gələn bu parkda nəinki lavandalar yetişdirilir, lavandalardan təbii kosmetik məhsullar və sular hazırlanır, burada həmçinin təbiətdə yaralanan vəhşi heyvanlar reabilitasiya dönəmi keçir və sağaldıqdan sonra heyvanlar təbiətə geri qaytarılır. Qoruq işinə Avropadan könüllülər də qatılır.
Elə mənim də irəli illərdə gəlib burda könüllü kimi çalışmaq arzusu ürəyimdən keçdi…

078A9180 078A9196 078A9187

Üçüncü günümüz Ispartaya, onun məşhur lavanda qoxulu Kuyucak kəndinə və görünüşü ilə ürəkdə yer alan Eğirdir yarımadası, gölü və şəhərinə həsr edildi. Kuyucak kəndi son illərdə instagramda və türk fotoqrafları hesabına bir xeyli məşhurlaşmışdı və buranı canlı görmək möhtəşəm bir hiss oldu. Hər yer lavanda, hər yer bənövşəyi gözəllikdə! Digər tərəfdən də kənd insanları ilə yaxından ünsiyyət, söhbət bu kəndi lap sevdirdi. Kənd camaatı lavanda ilə əlaqəli hər bir işə cəlb edilmiş və məhz onların əməyi sayəsində bu gün kənd bu gözəllikdə adını çıxarmaqdadır. Bu, əsl elə ekoturizmdir!

20230711 191837

078A9260

Günün ikinci yarısı City slowed konseptində olan Eğirdirə yol aldıq. Başdan-başa bir gözəllikdir bura. Eğirdir gölü ilə, tarixi Dündarbəy mədrəsəsi, Ayastefanos kilsəsi, Eğirdir qalası ilə ürəkləri fəth edir Eğirdir! Üstəlik biləndə ki, Türkiyə alma istehsalının 80% məhz buranın payına düşür, deyirsən bəs bir az da artıq qalım və o almalardan bir dadım. Bəzən səfərlərin azmüddətli olması insanı dərin hüznləndirir, lakin bir digər tərəfdən də bu cür səfərlərin dadının damaqda qalması insanı yenidən buralara gəlməyə motivə edir.

Zatən Türkiyəni başdan-başa gəzib dolanmaq üçün bir ömür yetməz. Bu qədər mədəniyyətlər, tarixi irslər və qastronomi zənginlikdədir bu ölkə.

İradə Qədirova – səyahət bloggeri

078A9239 20230711 194928

20230713 150552

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button