Turizm Media 7-ci ilində
“Turizm Media” portalı 9 sentyabr 2017-ci ildə ilk rəqəmsal fəaliyyətinə başlayıb. Tarixə nəzər salsaq ,turizm medianın təməli 2009-ci ildə işiq üzü görən “Otel və Turizm” qəzeti üzərindəndir. Qəzetin o vaxtkı həmtəsisçisi olan Kənan Hənifəyev , “Azərbaycan Otellər Komplekslər Assosiyasiyanın”(AOKA) dəstəyi və başda turizm ağsaqqalı assosiyasiyanın rəhbəri Ağarəhim Əliyevin (ruhu şad olsun) qayğısı nətiçəsində qəzet işıq üzü gördü.
Qəzet ilk olaraq ödənişsiz şəkildə hotellərə və komplekslərə paylanılırdı , daha sonra isə satışa çıxaraq köşklərdə də əldə etmək mümkün idi. Qəzet həftədə 1 dəfə olmaqla 2 dil tərçüməsi ilə oxuculara təqdim edilirdi.
“Otel və Turizm” qəzetinin əsas istiqaməti turizmin təşviqi , maarifləndirici mövzülarda yazılar , zamanın turizm problemlərini işıqlandırmaq, həlli yolu üçün çıxış yolların tapması idi. Əsasən turizmdə oxuyan tələbələrin və sənaye işcilərin diqqətini cəlb edən qəzetin fəaliyyəti cox davam etmədi . AOKA rəhbəri Ağarəhim müəllimin vaxtsız vəfat etməsi , qəzetin fəaliyyətinə də təsirini göstərdi .
“Otel və Turizm” fəaliyyətini dayandırdıqdan sonra , turizm sənayesində bir neçə qəzet öz fəaliyyətini göstərirdi , onlardan ən davamiyyətli olanı da o zaman ki, Mədəniyyət və Turizm naziliyinin tabeçiliyində olan “Mədəniyyət”qəzeti idi. Qəzetin bir neçə səhifəsində turizmə yer ayrılmasında öz peşakarlığı və təşəbbüsü dəstək olan Fəxriyyə Abdullayevanın zəhmətini dəstəyini unutmuruq.
Müasir dövr internet dövrüdür. Bəli artıq internetlə xəbərlərin tez bir zamanda və operativ əldə edilməsi klassik qəzet infomasiyasını sıradan çıxartmaqa başlayırdı. Dövr turizm sahəsi üçün xüsusi olaraq sənayenin turizm portalına gərəkliyini hiss etdiridi .Bu boşluqu aradan qaldıran turizmçilərin gündəlik göz gəzdirdiyi həmin o portal “info tour” adı altında fəaliyyət göstərməyə başladı. İki dildə fəaliyyət göstərən turizm xəbər portalı bir neçə müddət fəaliyyət göstərdi. Saytın rəhbəri və redaktoru olan Kamran Qədirov bir neçə il saytın ayaqda qalması üçün böyük zəhmət verdi və sonda şəxsi işləri ilə bağlı fəaliyətini dayandıran flagman olan portal artıq xoş xatirələr olaraq xatırlanır.
2017 ci ildən sonra demək olar ki turizm sənayesi üçün spesifik ixtisaslaşmış saytların inkişafı başladı. İlk olaraq “Otel və Turizm” qəzetinin davamçısı olaraq “Turizm Media” portalının təməlini qoyduk. İlk olaraq aktiv fəaliyyətinə baxmayaraq son illərdə sadəcə olaraq mövcüdluğunu qoruyaraq , turizm informasiya xəbər sənayesində oxucu kütləsini qoruya bildi. Daha sonra aktiv olaraq yeni portalların yaradılamsı və fəaliyyəti turizm media bazarının formallaşmasına gətirib çıxartdı. İlk olaraq “Travel News” daha sonra “Holiday News” , “Gezmeli” və “Turizm Plus” kimi infomasiya portalların olması sevindirici və media bazaının formallaşması gətirib çıxartması xoş məqamlardan idi. Turizm informasiya sənayesində ən aktiv üzvlərindən biri olan Rəhim Qədirovun fəaliyyətini və fədakarlığını turizm jurnalisti olaraq yüksək qiymətləndiririk və davamını gözləyirik.
Media hər bir sahədə olduğu kimi turizm sektoruna da lazımdır. Maarifləndirmə , informasiya,xəbərlər , şəbəkələşmə icmalaşma üçün mühüm vasitəçi rolunu oynayır.
Turizm Media olaraq , ölkəmizdə olan bütün turizmdən yazan media xəbər portallarına təşəkkür edirik və hər zaman dəstək olmaqa hazırıq. Artıq 7 ilimizi tamamlayaraq yeni media istiqaməti üzrə fəaliyyətimizi davam etdirəcəyik. Yenilənmiş logomuz , xoş,maraqlı layihələrlə yaddaşlarınızda qalacaqına inanırıq. Yeni mövsümdə hər kəsə uğurlar.
əvvəlki logomuz –
yeni logomuz və turizm iconumuz