Dünya turizmiElanlar və tədbirlər

“MICE4U” tədbirində ölkəmizin işgüzar turizm potensialı tanıdılıb.

Azərbaycan Turizm Bürosunun iştirakı ilə sentyabrın 11-də Rusiya Federasiyasının Moskva şəhərində keçirilən “MICE4U” tədbirində ölkəmizin işgüzar turizm potensialı tanıdılıb.

Tədbirdə iştirakın əsas məqsədi Azərbaycanın qabaqcıl işgüzar tədbirlər destinasiyası kimi mövcud imkanlarını qlobal müstəvidə nümayiş etdirmək, potensial tədbirləri və tərəfdaşları müəyyənləşdirmək, həmçinin təbliğat fəaliyyətini genişləndirməkdir.
Rusiyanın işgüzar turizm sahəsi üzrə aparıcı mütəxəssis və agentlikləri ilə keçirilən B2B formatlı görüşlərdə Azərbaycanda işgüzar tədbirlərin təşkili üzrə mövcud infrastruktur və bütövlükdə ölkəmizin turizm potensialı haqqında məlumat verilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Rusiyadan ümumilikdə Azərbaycana 501 417 nəfər səfər edib ki, bu da 2023-cü ili eyni dövrü ilə müqayisədə 18%-dan çox artımdır.
mice4you2

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button