Bazar ertəsi, 9 Noyabr 2026 USD/AZN 1.70
Son xəbərlər
Ölkə turizmi

Yeni otelin açılışı olub – “Castle” resort spa

Castle resort Yeni otelin açılışı olub

İsmayıllı rayonunun Xanagah kəndində “Castle” resort spa otelin açılış mərasimi olub. Mərasimdə hüquq-mühafizə orqanları, RİH əməkdaşları, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Məlumat verilib ki, 3 mərtəbədən ibarət olan oteldə ümumilikdə 23 otaq var. Onların hamısı qonaqların qalması və rahat istirahət etməsi üçün bütün zəruri infrastrukturla təchiz olunub. Bundan əlavə oteldə 2 konfrans zalı, 1 restoran. hovuz və SPA komleksi mövcuddur.

Bu cür obyektlərin istifadəyə verilməsi Azərbaycanın mirvasi hesab edilən İsmayıllının turizm potensialının möhkəmləndirilməsində çox mühüm rol oynamaqla yanaşı, yeni iş yerlərinin açılması deməkdir.