Maraqlı

Yunanıstan 2022 – də turizmdə rekord vurmağı hədəfləyir

Bildirilir ki, Yunanıstan 2022-ci il mövsümündə son iki ildə pandemiya səbəbindən dəydiyi itkiləri mümkün qədər kompensasiya etməyi planlaşdırır. Bildirilib ki, bölgə qubernatorları ilə görüşən Yunanıstanın turizm naziri Vassilis Kikilia qubernatorlara mart ayının əvvəlində turizm mövsümünün açılışına hazır olmaları barədə göstəriş verib.
Yunanıstan turizm mövsümünü martın əvvəlində açacağını açıqlayıb. Martın əvvəlində ilk çarter reysini Almaniyadan qarşılamağa hazırlaşan ölkə, martın 27-dək isə ölkəyə həftədə 40-dan çox çarter reysinin həyata keçiriləcəyi açıqlanıb. Yunanıstan hakimiyyəti turizmi stimullaşdırmaq üçün qarşıdakı dövrdə məhdudiyyətləri yumşaltmağı planlaşdırır. 2022-ci il turizm mövsümünü dekabr ayına qədər uzatmaq üçün səy göstərdiklərini qeyd edən turizm nazir Vassilis Kikilia, bu il turistlərin tez gəlib gec gedəcəyini bildirib.
Yanvar ayında edilən rezervasiyaların və hava yolu şirkətlərinin slot tələblərinin gözləntiləri aşdığını vurğulayan Kikilia, ” Təkcə Avropa nəhəngi TUI Yunanıstana 3 milyon turist gətirməyi planlaşdırır. Amerikalı turistlər də aprel ayından etibarən Yunanıstana gəlməyə başlayacaq. ABŞ və Yunanıstan arasında həftədə 14 uçuş olacaq.
“Kruiz gəmisində partlayış gözləyirik”
Kruiz turizmində də rekord gözlədiklərini vurğulayan nazir Kikilia, “Yunanıstana gələn kruiz gəmilərinin sayında 2,5 dəfə artacaq. Bundan əlavə Afina və Selanik beynəlxalq kruiz turları üçün əsas liman olacaq.”

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button