TM - blog & vlog

Yolumuz Qarabağadır – “… əminliklə Şuşanı seçərdim”

Yolumuz Qarabağadır

Yanvar ayının  24   “Yolumuz Qarabağa” layihəsi  çərcivəsində ilk  Qarabağ səfəri baş  tutub. Artıq  www.yolumuzqarabaga.az portalından istifadə edərək Ağdam və Şuşa şəhərlərinə tanıtım səfərlərində ödənişli  şəkildə iştirak  edə bilərik.

Layihə çərcivəsində  Şuşa şəhərinə ilk  səfər edən yolçularımızdan  biri olan Rüfət Mədətli səfərlə bağlı  suallarımızı cavablandırdı ;

Rüfət bəy bildiyimiz kimi  “Yolumuz Qarabağa” layihəsi  çərcivəsində Şuşaya səfər edən ilk sərnişinlərdən olmusuz ,  neçə oldu ki ilk səfərdə iştirak etmək qərarına gəldis ?
– Bu layihənin ilk təqdimatı  ediləndən sonra  , artıq  hər gün hər saat  sayta daxil  olub  saytın  aktiv olmasını  yoxlayırdım , hətta  tezliklə fəaliyyətdə olacaq sözlərinə  fikir vermədən  portalı   gündəlik nəzrətdə saxlayırdım və istədiyimi arzunu  reallaşdıra  bildim. Saytda səfər bölməsi  açılan kimi  dərhal  səfər sifarişi  edərək  bileti  əldə  edərək və ayın 24  ilk  səfərə çıxanların  sırasında  oldum.

Səfərə biletini portaldan əldə etmisiniz , biletin əldə edilməsində bir vətəndaş olaraq xidmətdə nələr sizi qane etdi və kimi əlavələr etmək olar ?
– Bileti  web saytdan əldə etdim . Online xidmət olaraq  bu prosesi  yüksək  qiymətləndirirəm  amma  bəzi kiçik problemlər var ki onlarda  qaydasına  düşsə əla olar. Problem olaraq  əsasən  smartfon   vasitəsilə  sifariş  edə bilməməyimdə oldu , çünkü smartfonla  daha sürətli  şəkildə  bileti əldə  etmək olardı.

Əsas problem  təhlüksizlik  kodunu müvafiq xanaya qeyd edə bilməmiyim oldu ki ,artıq məcbur olub  kompyuter üzərində əməliyyatı  etdim. Həmçinində  saytda  biletin dəyişdirilməsi  və geri qaytarılması  funksiyasını olmadığını gördüm  ki , bu kimi  xidmətlərdə saytda  olsa məmnun olardıq.
yolumuz qarabagadir

Şuşa  səfəri  haqqında  təəssüratlarınızı bölüşərdiniz, ən çox  bəyəndiyiniz yer məkan hansı oldu ?
– Şuşa  haqqında  təəssüratlarım çox gözəldir ,  hətta  yol  boyu getdikçə Şuşaya  yaxınlaşdıqca  xüsusi  bir  hiss  yaşayırdım , sevinc  həyacan  qarışıq  bir hisslər ki  onu sözlə təcəssüm etdirmək olmur. Səfərimiz boyu Şuşada  gördüyümüz  hər bir  məkan yer doğmalılığ və sevgiylə  duyurduq. Ən çox  bəyəndiyimi  yer isə əfsanəvi Şuşa qalası və onun ətrafı ,həmçinin də  Yuxarı Gövhər Ağa məscidi idi ki bu yerlərdə olmaq möhtəşəmdir.
Shusha

Rüfət bəy , Şuşa səfərindən  önçə  sizin  Avropa turunda olduğunuz  barəsində məlumatımız var. İki  fərqli  yer və məkan , bir turist  olaraq  səfər xəttini  neçə şərh edərdiniz ?
– Belə  deyim Avropa ilə Şuşanı eyni  tərəziyə heç cürə qoymaq olmaz. Mənə  desəydilər Avropa yoxsa  Şuşa seçimi etmək lazımdır, mən  düşünmədən  Şuşanı  seçərdim yəni  100 % əminliklə  deyirəm və  Avropa heç  marağımda  olmazdı.  Şuşa daha doğma əziz və dəyərlidir. Əlbəttə  bir turist  olaraq  Avropa da  maraqlıdır ,  amma  mövzü və seçim  Şuşadırsa , əminliklə Şuşanı seçərdim.

Şuşaya gedilən  yol  barəsində çox eşitmişik , bir səfər iştirakçısı olaraq  real olaraq Şuşaya  gedilən  yol  haqqında da fikirlərini  bölüşərdin.
– Şuşanın yolunu  bu dərəcə ekstrimal və döngəli olduğunu  bilmirdim.  Aşırımlı  yol olduğu  barəsində məlumatım var idi və  Daşkənsən , Ağsu aşırımlarına alışdığıma  görə mənim üçün rahat  olacağını düşünürdüm. Amma düşünməzdim ki Şuşaya gedilən  yolda  aşırımların çox sayda olması  bir qədər çətin oldu və belə aşırımları ilk  dəfə olaraq gördüm. Ancaq  bunlara baxmayaraq Şuşanı görmək istəyi  bütün çətinlikləri unutdurur.
Yolumuz Qarabağadırrufat 4 1

Qarabağa səfər edəcək  vətəndaşlara turistlərimizə nəyi  tövsiyə edərdiniz ?
– Şuşaya  səfər edənlərə ilk  tövsiyəm odur ki , çalışsınlar təhlükəsizlik  qaydalarına riayət etsinlər. Səfərin proqramına  uyğun və nəzərdə tutulan marşurut üzrə hərəkət edilsin. Səfər iştirakçılarını polis  və əsgərlər müşahidə edir.

Tövsiyə edərdim ki , səfər zamanı  özünüzlə  hazır  yemək götürməyinizdir , çünkü  proqrama uyğun olaraq  zamanımız məhdud  olduğundan ordakı iaşə obyektlərində gidalanmaq  zaman olaraq çətin olur. Öncədən hazırlıqlı gəlsələr vaxt itkisi yaşamazlar.

Növbəti səfərinizin  planını qurmusuz ? 
Səfər planım  əslində  bütün Qarabağı  gəzməkdir. İstərdim  hər bir şəhəri rayonunda olum, inşallah zamanla yollar bərpa olunsun və səfərlərin istiqamətləri çoxalsın. Növbəti  səfər planım isə artıq Ağdam şəhəri olacaq .

hazırladı : TM

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button