Turizm Köşəsi
İngilis ailələrindən İspaniyaya pis xəbər
İngilis ailələrindən İspaniyaya pis xəbər
İngilis ailələrinin İspaniyanın Kanar adaları üçün tətil rezervasiyalarını ləğv etdiyi öyrənilib. TUI isə alternativ olaraq Türkiyə və Meksikanın ön plana çıxdığını açıqlayıb. Bildirilir ki, ingilis ailələri 12 yaşdan yuxarı uşaqlardan ikiqat peyvənd sertifikatı tələb edən İspaniyanın Kanar adaları üçün yarımillik tətil rezervasiyalarını ləğv ediblər.
İngiltərənin BBC telekanalında yer alan xəbərə görə, məhdudiyyətlərə görə əks halda 400 milyon avro itirə biləcələrini ifadə edən Kanar adalarında otelçilər daha çox İngilis turistin gələ bilməsi üçün hökumətdən məhdudiyyətləri yumşaltmasını istəyiblər. Otelçilər qeyd edirlər ki, restoranlar və digər məkanların itkiləri nəzərə alındıqda itki daha da artacaq. Tenerife Otelçilər Assosiasiyasının prezidenti Xorxe Marişal xatırladır ki, onların ən böyük bazarı İngiltərədir və hər il bu ölkədən 2,5 milyon turist qəbul edir.
Fevralın 11-dən etibarən tam peyvənd olunmuş səyahətçilər PCR testi olmadan Böyük Britaniyaya gedə bilərlər.
Xatırlatmaq istərdim ki, artıq bir çox ölkələr Britaniyalı turistləri ölkəsinə çəkmək üçün onlardan PCR test tələb etmirlər. Bəs sizcə biz də PCR test tələb etməliyik yoxsa peyvənd sertifikatı yetərlidir?