Türkiyə kurortlarında tərk edən turistlərin “kütləvi axını”
Türkiyədə turistlərin “kütləvi axını” ilə bağlı şikayətlər təkrar-təkrar gündəmə gəlir. Bu dəfə Birmingham Mail nəşri Böyük Britaniyadan olan turistlərin kurortlardakı otelləri tərk etməsi fenomeni haqqında yazıb.
Nəşr iddia edir ki, Türkiyədə otellər boşalır, çünki britaniyalı turistlər ölkəni tərk edir və daha çox İspaniya və Yunanıstanı seçirlər. Qeyd edək ki, Böyük Britaniya Türkiyə üçün turist sayına görə üçüncü ən böyük bazardır və bəzi kurortlar məhz britaniyalılara məxsus sayılır. Məhz həmin yerlərdə, britaniyalı turistlər Marmarisin boş çimərliklərini çəkərək Türkiyə kurortlarının “istirahət yeri kimi artıq bitdiyini” və “Türkiyədə panikanın artdığını” iddia ediblər.
Nəşr həmçinin bildirir ki, Türkiyə Turizm Agentlikləri Assosiasiyasının tanınmış müşaviri Hamit Kuk bəyan edib ki, populyar istirahət yerlərində bəzi ucuz otellər hətta turizm mövsümünün qızğın vaxtında belə yalnız yarı dolu olub. O, “boş” otel və ya kurortların olmadığını qeyd etsə də, etiraf edib ki, əvvəlki illərdə doluluq səviyyəsi 100%-ə çatırdı, lakin bu il həmin göstəricinin əldə ediləcəyi gözlənilmir. Otellərin doluluğu isə mövsümün sonunda otel sahiblərinin qiymətlərini aşağı salıb, otaqların boş qalmaması və işçilərə maaş ödəmək, onları işdən çıxarmamaq üçün endirimlər etməsi ilə təmin edilib.