Cümə axşamı, 22 Oktyabr 2026 USD/AZN 1.70
Son xəbərlər
Dünya turizmi

“Thai International Travel Fair Business Matching (TITF B2B)” turizm sərgisi keçirilib

“Thai International Travel Fair Business Matching (TITF B2B)” turizm sərgisi keçirilib
Yanvarın 21-də Azərbaycan Turizm Bürosu Tailandın paytaxtı Banqok şəhərində keçirilən “Thai International Travel Fair Business Matching (TITF B2B)” turizm sərgisi çərçivəsində keçirilən B2B görüşlərdə iştirak edib.

Tədbir çərçivəsində Tailandın aparıcı turizm agentlikləri ilə 30-a yaxın görüş keçirilib.

Görüşlərdə tailandlı tərəflərə Azərbaycanın mədəni irsi, təbiəti, sağlamlıq turizmi imkanları, şərabçılıq ənənələri və qış idmanı növləri üzrə potensialı barədə məlumat verilib.