Ölkə turizmi
ATAA Türkiyə və İsveçrənin turizm qurumları ilə əməkdaşlıq əlaqələrini müzakirə edib
Sentyabrın 8-də ATAA sədri Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət, turizm və təbliğat müşaviri Muhittin Macid, o cümlədən Türkiyə Turizm Təbliğat və İnkişaf Agentliyinin Azərbaycan və Gürcüstan üzrə nümayəndəsi Serdar Keskin və Azərbaycan üzrə təmsilçisi Aynur Əlləzova ilə görüş keçirib.
Görüşdə iki ölkənin turizm qurumları arasında inkişaf etməkdə olan turizm əlaqələrinin genişləndirilməsi, əməkdaşlıq perspektivləri , turist mübadiləsinin artırılması məqsədilə tanıtım və təbliğat tədbirlərinin təşkili və digər məsələlər müzakirə olunub.
Həmçinin qarşılıqlı əməkdaşlıq imkanlarının dəyərləndirilməsi və turist cəlbediciliyinin artırılması məsələləri sentyabrın 8-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla İsveçrə turizm nümayəndəliyinin MDB ölkələri üzrə rəhbəri Natalia Vart arasında keçirilən görüşdə müzakirə olunub.
Görüş zamanı ATAA sədri Assosiasiyanın fəaliyyəti, ölkənin turizm sənayesinin inkişafında rolu, üzvlərinin sayı haqqında ətraflı məlumat verib.
Müzakirələr zamanı turizm sahəsində iki tərəfli əlaqələrin formalaşdırılması, həm tibbi,həm də istirahət turizmi üzrə birgə iş birliyinin yaradılması, üzv şirkətlərlə əməkdaşlığın qurulması,eləcə də turist səfərlərinin sayının artırırması üçün B2B formatlı görüşlərin keçirilməsi, qarşılıqlı maraq doğuran layihələrin hazırlanması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.