Ölkə turizmi

“Uzun illər Azərbaycanı döyüş bölgəsi kimi təqdim ediblər, turistlər də belə təqdim olunan bölgələrə gəlməyə çəkinirlər”.

“Uzun illər Azərbaycanı döyüş bölgəsi kimi təqdim ediblər, turistlər də belə təqdim olunan bölgələrə gəlməyə çəkinirlər”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Turizm haqqında” qanunun müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Parlamentin komitə sədri bildirib ki, bu tendensiya Türkiyədə, Gürcüstanda da artıq müşahidə edilir: “Artıq bu ölkələrə gələn turistlərin sayında da azalma var. Bu, sistemli şəkildə aparılır. Bunlar turistlərin Avropa ölkələrinə cəlb edilməsinə yönəldilən addımlardır. Azərbaycanda turizmin inkişafı üçün kifayət qədər şərait var. Biz reklamlarımızda bunu təbliğ etməliyik”.

Parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva isə təyyarə biletlərinin baha olmasından şikayətlənib: “Niyə qardaş Türkiyədən başqa ölkələrin uçuş xərcləri Azərbaycanla müqayisədə daha aşağıdır? Bunun səbəbi Türkiyə ilə bağlı deyil, Azərbaycanda bu işə məsul qurumlarla bağlıdır. Mühafizəkar viza rejimi də Azərbaycandadır. Beynəlxalq uçuşlarda regional hava limanları ilə bağlı daha aşağı qiymətlər tətbiq etməliyik. Quru sərhədlərindən Azərbaycana keçən turistlər var, həmin yerlərdə sadələşdirilməyə gedilməlidir. Bu yaxınlarda Özbəkistanda səfərdə idim. Orda mənə dedilər ki, Azərbaycana artıq 10 saata gələ bilirlər. Azərbaycana gəlmək Amerikaya gəlməyə çevrilib. Turizmin inkişafı məsələsinə kompleks yanaşılmalıdır”.

Deputat mədəni abidələrin baxımsızlığı probleminə də münasibət bildirib: “9 ildir Prezident İlham Əliyevin Göytəpə arxeoloji abidə kompleksi ilə bağlı sərəncamı icra edilmir. Digər tərəfdən, bölgələrin turizm potensialı inkişaf etdirilməlidir. Mədəni turizmə bölgələrdə baxış dəyişməzsə, inkişafdan danışa bilmərik. Bərdədə Nizami Gəncəvinin heykəli uzun illərdir götürülüb, amma “Nizami İli” olmasına baxmayaraq, hələ də qoyulmayıb. Həmkarım Fatma Yıldırım da dəfələrlə bununla bağlı müraciətlər edib. Ancaq indiyə qədər bu məsələ həllini tapmayıb”.

mənbə : APA

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button