Elanlar və tədbirlərÖlkə turizmi
DTA və MEDİA-nın KİV nümayəndələri və peşəkar fotoqraflar arasında elan etdiyi müsabiqə başa çatıb
Dövlət Turizm Agentliyi və Medianın İnkişafı Agentliyinin (MEDİA) KİV nümayəndələri və peşəkar fotoqraflar arasında elan etdiyi “Azərbaycanın turizm potensialını tanıt” mövzusunda keçirilən müsabiqə başa çatıb.
Müsabiqəyə təqdim olunan materiallar müstəqil münsiflər heyəti tərəfindən qiymətləndirilərək hər kateqoriya üzrə ən yüksək balı toplayan ilk 3 yerin sahibləri qalib hesab olunub.
TV süjet kateqoriyasında 3-cü yer üzrə, yazı kateqoriyasında isə 2-ci yer üzrə iki nominant eyni balı topladığından hər iki şəxs mükafatlandırılıb.
TV süjeti kateqoriyası üzrə:
I yer – “Ağdam şəhəri işgüzar turizmin mərkəzi olacaq” süjeti ilə Çinarə Qambayeva (AzTV )
II yer – “Naxçıvan – qədim yurd yerimiz” süjeti ilə Orxan Qurbanov (Baku TV)
III yer – “Qarabağ və Şərqi Zəngəzurun turizm potensialı” süjeti ilə Samir Oruc (AZTV)
III yer – “Naxçıvanın turizm imkanları genişlənir” süjeti ilə Nuranə İbrahimova (ARB)
Yazı kateqoriyası üzrə:
I yer – “Əsrlərdir saflığını qoruyan kənd-“Təbiət muzeyi”ndən reportaj” məqaləsi ilə Samirə Əli (anews.az)
II yer – “С видом на Карабах. Азербайджан возвращается на большой туристический рынок – АНАЛИЗ” məqaləsi ilə Cəmilə Ələkbərova (media.az)
II yer – “Путешествуем по Азербайджану. История, экотуризм и виноделие” məqaləsi ilə Samirə Kazımova (moscow-baku.ru)
III yer – “Qarabağın dark turizm potensialı: Erməni barbarlığını dünya daha yaxından görəcək” məqaləsi ilə Çingiz Səfərli (trend.az)
Foto kateqoriyası üzrə:
I yer – Anar Bayramlı
II yer – Fərqanə Qasımlı
III yer – Zaur Mustafayev