Ölkə turizmi
Pakistanla Azərbaycan arasında birbaşa uçuşlara başlanılır
Mart ayının 16-dan etibarən Azərbaycan və Pakistan arasında birbaşa aviareys üzrə uçuşların yerinə yetirilməsinə başlanacaq.
“Martın 16-da Pakistandan gələn ilk təyyarə Bakıya enəcək. Güman edirik, uçuşlar həftədə iki və ya üç dəfə reallaşdırılacaq. Sözügedən birbaşa uçuşlar hər iki tərəfdən iş adamlarına işgüzar əlaqələr yaratmağa kömək edəcək və hər ölkələr arasında ticarətin yaxşılaşmasına töhfə verəcək”, – səfir bildirib.
Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, martın 16-dan etibarən Pakistanın Lahor şəhərindən Bakıya aviareys yerinə yetiriləcək. Daha sonra təyyarə Bakıdan Kəraçiyə (Pakistan), oradan Lahora, Lahordan isə yenidən Bakıya uçacaq.