Dünya turizmiMaraqlı

Norveç memarlarından dənizin içində qeyri-adi restoran

Norveç memarlarının layihəsi əsasında hazırlanan dənizdə, su altında yerləşən “Under” restoranı qeyri-adiliyi ilə fərqlənir.

Xarici saytlar yazır ki, 495 kvadratmetrlik restoran həm də dəniz həyatı araşdırma mərkəzi kimi fəaliyyət göstərir.

Restoranın ən aşağı mərtəbəsində 40 nəfərlik yeməkxana var. Mürəkkəb işıqlandırma sisteminə malik restorandakı işıq binanın daxilində və xaricində müxtəlif şəraitə uyğun olaraq asanlıqla tənzimlənə bilər. Gecələr balıqları cəlb edən dənizin dibində süni işıqlandırma da quraşdırılıb.

norvec-restoran

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button