“Karabakh travel & tours” -un 3 ili oldu

15 oktyabr tarixi həm də “Karabakh travel tours” MMC -nin təsis olunan günüdür.
2020 -ci il 2-ci Qarabağ müharibəsi zamanı , müzəffər ordumuzun döyüşlərdə əldə etdiyi zəfərlərdən ilhamlanaraq , doğma Qarabağımıza qovuşmaqa və ora yerli xarici qonaqlara tanıtmaq məqsədilə bir xəyalın reallaşmasının ilk addımını ataraq şirkəti təsis etdik… bu sözləri “Karabakh travel tours” un təsiscisi turizm mütəxəssisi Kənan Hənifəyev müsahibə zamanı bildirib.
Bildiyiniz kimi hal hazırda Qarabağ zonasında yenidən qurma işləri görülür və paralel olaraq da turizm infrastrukturunada da böyük önəm verilir. Yoldaş Hənifəyevin dediyinə görə bu il 15 oktyabr tarixi də xüsusi önəm kəsb edəcək. Ali baş komandanı cənab İlham Əliyevin bu tarixdə üç rəngli bayraqımızı Xankəndidə Xocalıda Xocavənddə yüksəyə qaldırıb dalğalandırması şərəf və qürur vericidir. Bizdə turizm sənayesinin nümayəndəsi olaraq , Qarabağ zonasının turizm potensialının inkişafına və təşviqatı üçün bacarıqlarımızı göstərəcəyik.
Ümid edirik ki , tezliklə turistlərimizi qrup turları şəklində Qarabağımıza səfərlər edəcəyik .