Dünya turizmiTM

İstanbulda Tülpan Festivalı başlayır

Türkiyənin mədəniyyət paytaxtı olan İstanbulda Tülpan Festivalı başlayır.  Aprelin sonunadək Boğazın hər iki sahilindəki parklarda bədii “tülpan xalçaları” və kompozisiyalarının sərgiləri, konsertləri, yarmarkaları və təqdimatları keçiriləcək.

Festival 2006-cı ildən keçirilir və bu müddət ərzində bağbanlar 100 milyondan çox tülpan soğanı əkiblər. Ənənəvi olaraq Sultanahmet Meydanı əsas bayram tədbirlərinin keçiriləcəyi festivalın ürəyinə çevriləcək.

Lalələrə qərq olmuş ən gözəl şəhər parkları:

İstanbulun Avropa hissəsi:
Əmirqan parkı
Gülhanə parkı
Yıldız parkı
Maçka parkı
Bebek parkı
Kamil Topuzlu parkı

İstanbulun Asiya hissəsi:
Göztepe Parkı
Çamlık
Fəthi Paşa Parkı
Beykoz parkı
Otağtəpə parkı
Fənərbaxça Parkı

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button