Ölkə turizmi
İki assosiasiyasıya arasında memorandum imzalandı
Azərbaycan Turizm Assosiasiyası ilə Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Azərbaycan Turizm Assosiasiyasının sədri Əhməd Qurbanov və Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov iki Assosiasiya arasında əməkdaşlıq haqqında memorandum imzaladılar. Memorandumun məqsədi Azərbaycanda Şərab Turiziminin inkişafı üçün birgə layihələrin həyata keçirilməsi, eyni zamanda yerli və xarici turistlər arasında Azərbaycan Şərabının tanıdılması ilə bağlı əməkdaşlığın daha da sıxlaşdırılmasından ibarətdir.
Gələcəkdə Turistlər üçün Şərab dequstasiya zallarının yaradılması üçün görüləcək işlər görüş zamanı müzakirə olundu. Şərabçılıq, turizm sahəsində vacib prioritetlərdən olduğu üçün bununla bağlı hər iki Assosiasiya bütün imkanlardan yararlanaraq ortaq işlərin görülməsi ilə bağlı razılığa gəldilər.