Elanlar və tədbirlər
“Sea Breeze Resort”da yeni turizm məhsulu təqdim edilib.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) üzvləri üçün “Sea Breeze Resort”da yeni turizm məhsulu təqdim edilib.
“White Beach Club”nun “Event Hall”unda baş tutan tədbirdə həm milli,həm də şərq rəqslərini özündə cəmləşdirən “FATA MORGANA” şousu qonaqlara nümayiş olunub.
Tədbirdə çıxış edən ATAA sədri Göydəniz Qəhrəmanov hazırlanan bu formatlı turizm məhsullarının ölkə turizminin həm daxili bazarda,həm də xarici tərfdaşlar arasında tanıtımı baxımından əhəmiyyətli olduğunu bildirib.
Assosiasiya sədri müxtəlifliyi və rəngarəngliyi ilə seçilən yeni turizm məhsulunun üzv şirkətlər vasitəsi ilə geniş auditoriyaya çatdırılması üçün ATAA -nın dəstək göstərəcəyini qeyd edib və təşkilatçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.