Ölkə turizmi

Fuad Nağıyev Federasiya rəhbəri olaraq təyinatını şərh etdi

Əziz dostlar,
Bu gündən etibarən həm də Azərbaycan Qış İdman Növləri Federasiyasının Prezidenti vəzifəsini icra edəcəyəm.
Bu, mənə göstərilən etimadla yanaşı, həm də mənim üçün vacib bir məsuliyyətdir.
Ölkə rəhbərliyi tərəfindən qış idman növlərinin inkişafına xüsusi diqqət verilir, bu sahənin inkişafı üçün hər cür şərait yaradılır.
Ölkəmizdə 3 xizək kurortu – Qusarda Şahdağ, Qəbələdə Tufandağ və Naxçıvanda Ağbulaq xizək mərkəzi fəaliyyətdədir.
Bu geniş infrastruktur layihələrinin tikintisi ölkəmiz üçün həm qış idman növlərinin, həm də turizmin inkişafı istiqamətində mühüm əhəmiyyət daşıyır.
İnanıram ki, yeni federasiyanın – Azərbaycan Qış İdman Növləri Federasiyasının yaradılması ölkəmizdə qış idman növlərinin inkişafına öz töhfəsini verəcək.
Fürsətdən istifadə edib hörmətli həmkarım, Gənclər və idman naziri Fərid Qayıbova təşəkkürümü bildirirəm. İnanıram ki, birgə səylərimizlə biz yeni nailiyyətlər əldə edəcəyik.

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button