Ölkə turizmi
ATAA və AFRA arasında əməkdaşlıq
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla ilə Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının (AFRA) sədri Fərid Novruzi arasında birgə iş birliyinin qurulması və qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı məsələləri müzakirə olunub.
Görüşdə Assosiasiya üzvlərinin AFRA tərəfindən edilən mövsümü endirimlər haqqında mütamadi olaraq məlumatlandırılması, turizm şirkətlərinin əcnəbi turistlər üçün hazırladığı turpaketlərdə şəbəkəyə daxil olan mağazalarla endirimli alış-veriş fəaliyyətlərinin yer alması, mağazalarla qarşılıqlı biznes fəaliyyətinin formalaşdırılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tanışlıq məqsədini daşıyan görüş çərçivəsində yay mövsümü üçün birgə fəaliyyət imkanlarının mümkünlüyü də müzakirə olunub.
Qeyd edək ki, Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının şəbəkəsində300-ə yaxın müxtəlif brendləri özündə cəmləyən geyim mağazaları fəaliyyət göstərir.