Ölkə turizmi
Moldavada turizmçilər üçün infotur təşkil edilib
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının, Moldova Respublikasının Mədəniyyət Nazirliyinin və Turizm Sənayesi İşəgötürənlər Assosiasiyasının birgə təşkilatçılığı ilə bir sıra üzv şirkətlər üçün Moldovaya tanışlıq məqsədli infotur təşkil edilib.
İnfoturda Azərbaycanla yanaşı Avropa ölkələrindən və Birləşmiş Ərəb Əmirliyindən ümumilkdə 50-ə yaxın turizm şirkətinin nümayəndəsi iştirak edib.
İnfotur zamanı Moldovanın Kişinyov, Tiraspol və Soroka şəhərlərinə səfərlər təşkil edilib, turizm nümayəndələrinə muzeylər, tarixi-memarlıq abidələri, turistik məkanlar, eləcə də milli mətbəx nümunələri, şərabçılıq mədəniyyəti və şərab zavodları nümayiş olunub.
İnfotur iştirakçıları həmçinin Qaqauziya Muxtar Ərazi Qurumuna səfər edib, buranın əhəlisi və adət-ənənələri ilə yaxından tanış olublar.