Elanlar və tədbirlər

“Dövlət qulluğu haqqında” illik hesabatın müzakirəsi keçirilib

“Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019–2025-ci illər üçün Strategiya”nın 2023–2025-ci illəri əhatə edən icrası üzrə Fəaliyyət Planının 2.3-cü bəndinə uyğun olaraq, dövlət orqanlarında dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsinin təşkili nəzərdə tutulur.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30-1-ci maddəsinə əsasən, inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyəti hər ilin sonunda qiymətləndirilir. Bu qiymətləndirmə onların onun potensial imkanlarının aşkara çıxarılması və həmin imkanlardan səmərəli istifadə edilməsi, dövlət qulluqçusunun peşə səriştəliyini artırmağa stimullaşdırılması və onun əlavə təhsilə ehtiyacının, habelə tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi məqsədi daşıyır.

Qiymətləndirilmənin nəticəsinə uyğun olaraq inzibati vəzifə tutan dövlət qulluqçusunun mükafatlandırılması, dövlət qulluqçusuna vaxtından əvvəl ixtisas dərəcəsinin verilməsi, dövlət qulluqçusunun fəaliyyətinin və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə əlavə təhsilə və ya xüsusi təlimlərə cəlb edilməsi, dövlət qulluqçusunun bilik və bacarıqlarına uyğun olaraq digər analoji vəzifəyə keçirilməsi və ya onun aşağı vəzifəyə keçirilməsi nəzərdə tutulub.

Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 447 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi” qaydasının 13-cü bəndinə əsasən dövlət qulluqçularının xidməti fəaliyyətinin stimullaşdırılması, o cümlədən mükafatlandırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi tələb olunur.

Qeyd olunanları nəzərə alaraq, Fəaliyyət Planının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə iyunun 11-də Dövlət Turizm Agentliyində dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi üzrə hesabatlılığın təmin edilməsi, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi məqsədilə sözügedən hesabatın müzakirəsi üzrə görüş keçirilib.

Görüş zamanı 2024-cü il üzrə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri nəzərdən keçirilib, nəticələr əsasında həyata keçirilmiş tədbirlər və fərdi şəkildə mükafatlandırılmış əməkdaşlar barədə iştirakçılara məlumat təqdim olunub, onların sualları ətraflı cavablandırılıb.

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button