Elanlar və tədbirlərTM

Böyük maraqla gözlənilən “Atlantis The Royal” hotel fevral ayında açılacaq

Dubayda böyük bir tədbirdə , maraqla  gözlənilən “Atlantis The Royal” hotelin  açılışının tarixini  elan ediblər.
Turistlərə hədsiz lüks və çılğın qiymətlər təklif edən hotel Dubayın süni Palm Jumeirah adasında yerləşir və hotelin özünün reklam etdiyi kimi, turistlərə “Ərəb dənizinin və Palma çimərliklərinin mənzərələrini” təklif edir.
Dubay mətbuatının yazdığına  görə , hotelin açılışında  Kendall Jenner, Rebel Vilsondan tutmuş Əmir Xana kimi vip-statuslu qonaqlar dəvətli olacaq.

“Bizdən böyük xəyallar qurmağı tələb etdilər”  kimi izah edilən  Atlantis The Royal  hotelin  ərazisi  63 hektarda yerləşir. Hotelin  795 otağı ,17 restoranı , 90 yaxın hovuzu və  nəhəng su parkı mövcüddur .
Hotel “Kerzner İnternational” qrupuna aiddir və digər lyuks hotellər Atlantis Resorts and Residences , One and Only Resorts, Mazagan Beach and Golf Resort  və Siro Hotels-də qrupun tərkibindədir .
Atlantis Royal  Hotel –  10  fevral tarixində açılışı olacaq.

Atlantis The Royal
Atlantis The Royal

atlantis royal 2 1 atlantis royal 1

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button