Maraqlı

Bakı Şamaxı yolunda palçıq vulkanları

Azərbaycan dünyadakı palçıq vulkanları sayına görə lider ölkədir. Bu vulkanlar əsasən Abşeron yarımadası və ətrafında yayılmışdır. Bunlardan biri də –  şəkildə görünən vulkanlar – Qoşa Qala qapısından 42 km qərbdə (təxminən 30 dəqiqlik məsafə), Azerkosmosu keçəndən sonra olan ilk yanacaq doldurma məntəqəsini keçən kimi, həmən sağ tərəfdəki ikinci təpənin üstündə yerləşir. Burada Ələt tərəfdəki kimi çoxlu sayda vulkan yoxdur. Ancaq yetəri qədər vardır.
Bakıdan Qərb istiqamətində gəzməyə gedərkən yolüstü gəzməli, görməli yerlər axtarırsınızsa və ya həftəsonu hara gedək deyirsinizsə bu palçıq vulkanlarına baxa bilərsiniz.
Vulkanlar dəniz səviyyəsindən 300 m yüksəklikdə yerləşir. Google Mapda Vulkan01 olaraq nişanlanıb.
Vulkanlara qalxmaq üçün avtomobil yolu yoxdur. Avtomobilibizi yolun kənarında təhlükəsiz yerdə saxlayaraq kiçik bir hiking edirsiniz. Görəcəyiniz mənzərədən zövq alın.
Ancaq özünüzdən sonra iz buraxmayın (vulkanların gözünə ağac salmayın, zibilinizi özünüzlə qaytarın, yeşik olan yerdə yeşiyə atın). Təbiəti sevin, dünyaya baxışınız dəyişsin.
IMG 20220227 084510 IMG 20220227 085042    IMG 20220227 084309

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button