Dünya turizmiTM

Azərbaycanlı gənc 9-cu Beynəlxalq Gənc Aşpaz Olimpiadasında Qızıl Kubok qazanıb

Dövlət Turizm Agentliyinin dəstəyi ilə yaradılan Azərbaycan Aşpazlar Milli Komandasının üzvü Emil Zeynalzadə dünyanın ən nüfuzlu kulinariya yarışmalarından biri  sayılan  9-cu Beynəlxalq Gənc Aşpaz Olimpiadasının (Young Chef Olympiad – YCO) qalibi olub.

Hindistanın Kəlkütə şəhərində baş tutan bağlanış mərasimində Azərbaycan təmsilçisinə qızıl kubok və pul mükafatı təqdim olunub.
“CASA” Kulinariya Mərkəzinin məzunu olan Emil Zeynalzadənin qatıldığı olimpiadada dünyanın 53 ölkəsindən olan iştirakçılar “Dünyanın ən yaxşı gənc aşpazı” adı  uğrunda yarışıblar.
Müsabiqənin finalına Azərbaycanla yanaşı, İngiltərə, Fransa, Hindistan, Malayziya, Hollandiya, Yeni Zelandiya, Sinqapur, Tailand və ABŞ-dan aşpazlar vəsiqə qazanıblar.
Müsabiqədə ikinci yerə Tailand, üçüncü yerə isə Hindistan nümayəndəsi layiq görülüb.
Qeyd edək ki, Dövlət Turizm Agentliyi milli mətbəx nümunələrimizin təbliği, Azərbaycanın qastronomiya destinasiyası kimi tanıdılması, kulinarların təhsil səviyyəsinin yüksəldilməsi istiqamətində işləri davam etdirməkdədir. Ötən il DTA-nın dəstəyi ilə beynəlxalq standartlar əsasında aşpazlardan ibarət yeni milli komanda yaradılıb.

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button