Dünya turizmi

Azərbaycanın işgüzar turizm imkanları Türkiyədə təbliğ edilib

Azərbaycanın işgüzar turizm imkanları Türkiyədə keçirilən “M&I Forum” beynəlxalq tədbirində tanıdılıb.

İstanbul şəhərində keçirilin tədbirdə Azərbaycan Turizm Bürosu və Bakı Konqres Mərkəzinin təmsilçiliyi ilə ölkənin işgüzar və biznes turizmi potensialını tanıtmaq üçün xarici tərəfdaşlarla B2B formatlı 50-dən çox görüş keçirilib, Azərbaycanda mövcud olan müasir işgüzar turizm infrastrukturu və irimiqyaslı biznes tədbirlərinə ev sahibliyi etmə potensialı haqqında məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Turizm Bürosunun ölkəmizdə işgüzar turizmi inkişaf etdirmək istiqamətində digər qurumlarla əməkdaşlığının nəticəsi olaraq Azərbaycan 2023-cü ildə 74-cü Beynəlxalq Astronavtika Konqresinə, Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyasına və Avropa Kranio Maksillo Üz Cərrahiyyəsi Assosiasiyasının Regional Konqresinə, 2024-cü ildə isə Universitet Alimlərinin Liderlik Simpoziumu kimi beynəlxalq tədbirlərə ev sahibliyi etməyə hazırlaşır.

“M&I Forum”u dünya üzrə işgüzar turizm sahəsində 160-dan çox sənaye nümayəndəsini bir araya toplayaraq xarici tərəfdaşlarla əlaqələri genişləndirmək və tanıtım üçün beynəlxalq platforma rolunu oynayır.

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button