Ölkə turizmi

Azərbaycana səfər edən rusiyalı turistlərin sayı artır

“Azərbaycana səfər edən rusiyalı turistlərin sayı artır”.

Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan hər zaman turizm baxımından Rusiya üçün cəlbedici ölkə olub.

Səfirin sözlərinə görə, pandemiya səbəbindən Rusiyadan Azərbaycana səfər edən turistlərin sayı azalsa da, quru sərhəddinin açılması, həmçinin “Mir” ödəniş kartının işə salınması rusiyalı turistlərin Azərbaycana axınının artmasına kömək edə bilər.

M.Boçarnikov Rusiyanın bir sıra aviaşirkətin uçuşuna icazə verməsini Azərbaycana təklif edib və bildirib ki, bu, ölkələr arasında hava əlaqəsini aktivləşdirməyə imkan verə bilər.

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button