Ölkə turizmiTM

Azərbaycan və Albaniya arasında turizm əməkdaşlığına dair Anlaşma Memorandumu imzalanıb

1J8r41750488040

İyunun 21-də Azərbaycan Turizm Bürosu ilə Albaniya Milli Turizm Agentliyi arasında turizm sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Sənədi Azərbaycan Turizm Bürosunun İdarə heyətinin sədri Florian Zenqstşmit və Albaniya Milli Turizm Agentliyinin baş direktoru Zana Çela imzayıblar.

Memorandum turizm subyektləri arasında əməkdaşlıq, qarşılıqlı təbliğat, yeni təşəbbüslərin dəstəklənməsi, mədəniyyətlərarası dialoq və dayanıqlı turizmin inkişafını hədəfləyir. Sənəddə COP29 çərçivəsində qəbul olunmuş iqlim fəaliyyəti prinsiplərinə uyğun olaraq ekoloji cəhətdən məsuliyyətli turizm təşəbbüslərinin dəstəklənməsi, dənizkənarı və dağlıq ərazilərdə ilboyu turizmin inkişafı əsas prioritetlər sırasındadır.

Həmçinin memorandumda ölkələrin turizm potensialının tanıdılması və qarşılıqlı turist axınının artırılması məqsədilə məlumat və təcrübə mübadiləsi, marketinq əməkdaşlığı, peşəkar bacarıqların artırılması, turizm yarmarkaları, ixtisaslaşmış “turizm günləri”, təlim, sərgi və forumların təşkili, media nümayəndələri üçün tanıtım turlarının keçirilməsi kimi birgə fəaliyyətlər əksini tapır.

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button