Elanlar və tədbirlər
AZANS regionun liderinə çevrilir!
AZAL QSC-nin “Azəraeronaviqasiya” HHİ uzun fasilədən sonra ilk dəfə olaraq Brüsseldə fevralın əvvəlində EUROCONTROL tərəfindən keçirilən “Network Manager” forumuna qoşulub.
⠀
Forumda aviasiya birliyinin nümayəndələri əvvəlki illərin problemlərini və çağırışlarını, qabaqcıl təcrübələri və 2023-cü ilin yayının imkanlarını müzakirə ediblər.
⠀
Tədbirdə 2022-ci ildə Avropada baş verən kəskin dəyişikliklər səbəbindən marşrutu dəyişmiş əksər reyslərin yerinə yetirilməsinin təmin edilməsində Azərbaycanın mühüm rolu xüsusi qeyd olunub.
⠀
Pandemiyadan əvvəlki illə müqayisədə Azərbaycan 2022-ci ildə nəqliyyat axınının artmasına görə Avropada birinci yer tutub. Artım 21% təşkil edib. 2023-cü ildə 15% artım proqnozlaşdırılır.