Ölkə turizmi
Dövlət Turizm Agentliyinin əməkdaşı yüksək dövlət mükafatına layiq görülüb
Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanda memarlığın inkişafında xidmətləri olan şəxslərə “Əməkdar memar” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Təltif edilənlər siyahısında Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin memarlıq-tikinti işlərinə nəzarət üzrə məsləhətçisi Qasımov Nizami Fikrət oğlu da yer alıb.
O, Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə “Əməkdar memar” fəxri adına layiq görülüb.
Həmkarımızı yüksək dövlət mükafatına layiq görülməsi münasibətilə ürəkdən təbrik edirik!