Görəmə vadisini görmək istəyənlər üçün məhdudiyyət…
Türkiyənin məşhur turizm bölgəsində turist sayının məhdudlaşdırmaq üçün çağırış edildi.
Türkiyə mətbuatına istinadən xəbər veririk ki, keçmiş peşəkar bələdçi, tarix professoru İlber Ortaylı Türkiyə dövlətinin ən məşhur tarixi abidələri həddən artıq ziyarətdən qorumaq üçün ,məhdudiyyətlər tətbiq etməyə çağırıb. İlk növbədə Kapadokyadan vilayəti gündəmdir.
“Bu gün minlərlə insan Kapadokyaya səfər edir. Düzünü desəm, bundan çox da razı deyiləm”, – deyə ekspert bildirib. O vurğulayıb ki, bütün məşhur muzeylərdə ziyarətlərə məhdudiyyətlər tətbiq edilir .Nümunə olaraq Florensiyanın bütün əsas muzeylərində, o cümlədən Uffizidə, Vatikan muzeylərində və s. turistik tarixi yerlərdə ziyarətçi kvotaları tətbiq edilir.
Nadir təbii qayaları və yeraltı məbədləri ilə məşhur olan Göreme Vadisi də “dağılmağa çox həssasdır və belə sərt bir kvotaya məruz qalmalıdır” dedi. O vurğulayıb ki, heç olmasa vadinin məşhur məbədlərinə səfərlər məhdudlaşdırılmalıdır.