Ölkə turizmi

ATAA və “Amadeus” şirkəti əməkdaşlıq imkanlarını müzakirə ediblər

Aprelin 10-da Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov aviabiletlərin bronlaşdırılmasını və satışını həyata keçirən beynəlxalq platformalardan biri olan “Amadeus” şirkətinin regional şöbəsininin müdiri Erik Vilyams ilə işgüzar görüş keçirib.
Görüşdə iki tərəfli əməkdaşlıq imkanlarının inkişafı perspektivləri,birgə layihələrin və işbirliyinin yaradılması, kommunikasiya əlaqələrinin genişləndirilməsi, qarşılıqlı biznes fəaliyyətinin qurulması, təcrübə mübadiləsinin aparılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələrdə həmçinin “Amadeus” şirkətinin Azərbaycan üzrə müdiri Təranə Useynova və şirkətin pərakəndə satış üzrə meneceri Mahnurə Qocayeva da iştirak ediblər.

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button