Ölkə turizmi

ATAA VƏ AHA əməkdaşlıq imkanlarının gələcək perspektivlərini müzakirə ediblər

Əməkdaşlıq imkanlarının genişləndirilməsi və qarşılıqlı iş birliyinin yaradılması məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Azərbaycan Hotel Assosiasiyasının sədri Eldar Əlimuradov arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.
Görüşdə ATAA və ona üzv şirkətlərlə tərəfdaşlıq və əməkdaşlıq sahəsində qarşılıqlı əlaqələrin inkişafı, hotellərlə korporativ müqavilələrin bağlanması, qiymət siyasətinin tənzimlənməsi, iki qurum tərəfindən yaradılan işçi qrupları arasında aktivliyin artırılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələr çərçivəsində Assosiasiya rəhbərləri bu formatlı görüşlərin mütəmadi keçirilməsinin vacibliyinə toxunaraq gələcəkdə bu istiqamətdə birgə səylərin artırılmasına dəstək olacaqlarını bildiriblər.
Məlumat üçün qeyd edək ki, ötən ilin dekabr ayında Azərbaycan Hotel Assosiasiyasının V Baş Assambleyasında keçirilən seçkilərdə Eldar Əlimuradov yeni sədr seçilib.

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button