Ölkə turizmi

ATAA sədri tur operatorlarla görüş keçirib

ATAA ya üzv olan və Azərbaycanda fəaliyyət göstərən tur operatorlarla turizm şirkətləri arasında əməkdaşlığın inkişafına və perspektivlərinə dair məsələlər Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Azərbaycanda fəaliyyət göstərən turoperatorların rəhbər şəxsləri arasında keçirilən görüşdə müzakirə olunub.
Görüşdə tur operatorlarla turizm şirkətləri arasında iş birliyinin daha da möhkəmləndirilməsi, qeyri peşəkar xidmət göstərən turizm şirkətlərinin fəaliyyəti, bu istiqamətdə ortaya çıxan çətinliklər, bununla yanaşı tur operatorların beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi, yeni bazarlarla iş birliyinin formalaşdırııması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.
ATAA sədri tur operatorlar və şirkətlər arasında xidmətlərin keyfiyyətini artırmaq və turistlərin məmnunluğunun təmin olunması üçün koordinasiyanın gücləndirilməsinin, turizm sektorunda dayanıqlı inkişafı təmin etmək üçün sağlam rəqabətin qorunub saxlanılmasının vacibliyini qeyd edib.

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button