Ölkə turizmi

ATAA-nın İdarə Heyətinin ilin yekunlarına dair iclası keçirilib

Dekabrın 21-də Azərbaycan Turizim Agentlikləri Assosiasiyasının İdarə Heyətinin ilin yekunlarına dair iclası keçirilib.
Görüşdə 2021ci ildə baş tutmuş görüşlər və görülmüş işlər, 2022-ci il üçün nəzərdə tutulan iş planları, postpandemiya dövründə qurumun fəaliyyət istiqamətinin qurulması, Assosiasiyaya üzvlük və üzvlük haqqlarının təyin edilmsi kimi məsələlər müzakirə olunub.
Eyni zamanda Turizm Haqqında Qanunda turizm şirkətlərinə şamil olunan müddialar, eləcə də Qarabağa təşkil olunacaq turizm marşurutları haqqında fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində Türk dilli ölkələrin turizm nümayəndələrinin Azərbaycana dəvəti, eləcə də 2022-ci ildə həyata keçirilməsi planlaşdırılan Kiçik və Orta Biznesin İnkişafı Agetliyi (KOBİA) tərəfindən dəstəklənən İATA təlimlərinin keçirilməsi və Assosiasiyaya aid digər məsələlər də müzakirə olunub.
İclsasın yekununda İdarə Heyəti tərəfindən Assosiasiyaya 10 yeni üzv qəbul edilib. Eyni zamanda quruma üzv olan və ya üzv olmaq istəyən şirkətlər üçün üzvlük haqqlarının təyin edilməsi qərara alınıb.

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button