Ankaranın tarixi tibb mərkəzi

“Health Culture” press səfərimizin növbəti günündə Ankaranın ən məşhur təhsil və tibb ocaqı olan “Qazi” xəstəxanası oldu. Müəssənin inftrasturkturu göz oxşayırdı. Hospitalın akt zalında şəfa ocaqı haqqında detallı məlumat veriləndən sonra , bəzi çətin görülən əməliyyatlar barəsində də danışılıb və göstərildi.
Xəstəxana 1979-cu ildə 175 yataq tutumu ilə fəaliyyətə başlayıb. 1982-ci ildə isə Qazi Universiteti qurulub və “Ankara İqtisadiyyat və Ticarət Elmləri Akademiyası Tibb Fakültəsi” universitetə birləşdirilərək “Qazi Universiteti Tibb Fakültəsi” adlandırılıb.
Xəstəxanada Təcili Tibbi Yardım şöbəsi, Anesteziya və reanimasiya şöbəsi, Beyin və sinir cərrahiyyəsi, Ümumi cərrahiyə, Yoluxucu xəstəliklər şöbəsi, Fizioterapiya şöbəsi, Kardiologiya, Boğaz-burun, Ortopediya, Radiologiya, Urologiya, Daxili xəstəliklər, Uşaq şöbələri, Dəri Zöhrəvi xəstəlikləri şöbəsi, Transplantasiya mərkəzi fəaliyyət göstərir.
44 il fəaliyyətdə olan hospital müasir tibbin tələb etdiyi müxtəlif cür texnoloji avadanlıqlara əhatə olunub. Cərrahi bölməsində mütəxəssislər tərəfindən qabaqçıl tibb qurğularının vasitəsilə bir çox əməliyyatları yüksək şəkildə yerinə yetirilib. Türkiyədə keyfiyyətli səhiyyə xidməti göstərən qurumlar arasında yer alan xəstəxana indi 1007 yataq tutumu ilə səhiyyə sahəsində mühüm təhsil, araşdırma və tətbiq mərkəzidir.
Xəstəxana haqqında ətraflı məlumat :
https://hastane.gazi.edu.tr/