Maraqlı

2023 EuroVelo & Velosiped Turizm Konfransı üçün geri sayım başlayır!

Avropa velosiped icması 2023-cü ilin oktyabrında

İzmir, Türkiyədə görüşəcək.

 

EuroVelo & Velosiped Turizm Konfransı 11-13 oktyabr 2023-cü il tarixlərində Türkiyənin İzmir şəhərində həyata keçiriləcək. Bu tədbir Avropa velosiped turizm sənayesindəki bütün oyunçuları bir araya gətirəcək. İzmir, əzəmətli antik şəhərləri, qeyri-adi təbii mənzərələri, gözəl çimərlik zolaqları və saysız-hesabsız velosiped marşrutları ilə seçilir.

 

EuroVelo (Avropa Velosiped Yol Şəbəkəsi) və Avropa ətrafında velosiped turizmini inkişaf etdirmək məqsədi ilə keçirilən EuroVelo & Velosiped Turizm Konfransı, 11-13 oktyabr 2023-cü il tarixlərində İzmirdə həyata keçiriləcək. İzmir, konfransda iştirak edəcək sektor peşəkarlarını  “Velosiped Dostu” sertifikatına malik otellərdə qonaqlayacaq.

 

2012-ci ildən bəri hər il fərqli bir ölkədə keçirilən EuroVelo & Velosiped Turizm Konfransı, böyük maraq doğurduğuna və artan iştirakçı sayına görə bu ildən etibarən hər il baş tutacaq. Konfransın 2023 versiyası tədbirə ev sahibliyi edəcək Türkiyədən seçilən və EuroVelo 8 – Aralıq dənizi marşrutunda yer alan ilk şəhər İzmirdə baş tutacaq.

 

Konfrans, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin, Türkiyə Turizm Tanıtım Və İnkişaf Agentliyinin ( TGA ) və Avropa Velosipedçilər Federasiyasının (ECF) himayəsində İzmir Böyükşəhər Bələdiyyəsi əməkdaşlığı ilə yerli maraqlı tərəflərlə təşkil olunacaq. İspaniyanın Əndəlusiya bölgəsində başlayan EuroVelo 8, Fransa, İtaliya və Balkan yarımadasının Aralıq dənizi sahillərini Dikili, Berqama, Əliağa, Foça, İzmir, Balıklıova, Alaçatı, Çeşmə Sığacık və Səlcuqdan ibarət marşrutla Türkiyəyə birləşdirir. EuroVelo 8-in İzmir hissəsində UNESCO-nun iki simvolik irsi (Efes və Berqama) var.

 

İrs və velosipedlə qarşılıqlı əlaqə diqqət nöqtəsi olacaq.

EuroVelo & Velosiped turizm konfransı velosiped turizmi üçün ən mühüm beynəlxalq toplantıdır. Velosiped şəbəkələri və velosiped turizmi mühiti haqqında məlumat mübadiləsi üçün ideal platforma olan konfrans, iştirakçılara velosiped sənayesindəki ən son infrastruktur inkişaflarını izləmək, fikir mübadiləsi aparmaq və yeni əlaqələr qurmaq imkanı təqdim edir.

 

Dayanıqlı velosiped turizminin inkişafına və gələcəyinə diqqət yetirən konfrans velosiped turizmi üzrə bütün maraqlı tərəfləri, o cümlədən velosiped turizmi üzrə ekspertləri, Beynəlxalq velosiped assosiasiyalarının nümayəndələrini, velosiped turoperatorlarını, universitet və akademiya nümayəndələrini, turizm və dövlət orqanlarını, yaşayış və ictimai nəqliyyat şirkətlərini bir araya gətirir.

 

2023 EuroVelo & Velosiped Turizm Konfransı Mövzusu “Velosiped sürmək: İrs üzrə Yeni Perspektiv” olan 2023 EuroVelo & Velosiped Turizm Konfransı, iştirakçılara velosiped turizminin gələcəyi və iki təkər üzərində irsi yaşamaq, qorumaq və təbliğ etmək yolları ilə bağlı panellər, dialoqlar və məlumat mübadiləsinə yönəlmiş cəlbedici proqram təklif edəcək. Konfransın proqramı velosiped yolu şəbəkələri və velosiped turizmi haqqında məlumat verəcək, velosiped turizmində ən yaxşı təcrübələri və maraqlı tərəflər arasında bilik mübadiləsini təşviq edəcək sessiyalar, seminarlar və sosial tədbirlərdən ibarətdir. Türkiyədə velosiped mədəniyyətini və turizmini nümayiş etdirməsi və maarifləndirməsi gözlənilən bu konfrans, Türkiyənin dayanıqlı turizmə diqqəti ilə birbaşa üst-üstə düşür. Konfrans zamanı texniki səfərlər təşkil ediləcək və iştirakçılar İzmir və onun görməli yerləri arasında pedal çevirərək tarixi və qastronomik dəyərləri kəşf edərkən, Aralıq dənizi marşrutu olan EuroVelo 8-də bəzi marşrutları sınayacaqlar.

 

Tarixi və təbiəti birləşdirən marşrutda unikal velosiped təcrübəsi

EuroVelo 17 müxtəlif uzun məsafəli velosiped marşrutunu və Avropa qitəsini birləşdirən, qabaqcıl beynəlxalq velosiped şəbəkəsidir. ECF (Avropa Velosipedçilər Federasiyası) tərəfindən idarə olunan bu şəbəkə ekoloji və dayanıqlı yaşayış meyarlarını dəstəkləyən marşrutlardan ibarət olmaqla turistlər və velosipedlə səyahət etməyi sevən yerli əhali tərəfindən tez-tez seçilir. EuroVelo marşrutları şəhərlərdə velosiped turizminin, velosiped infrastrukturunun, velosiped nəqliyyatının və velosiped mədəniyyətinin inkişafına töhfə verir.

 

Velosiped turizmi baxımından çox məşhurlaşan və velosiped yolları ilə beynəlxalq reputasiyaya malik olan Türkiyə İzmirdəki möhtəşəm 500 kilometrlik marşrutu ilə EuroVelo 8 – Aralıq dənizi marşrutunun bir hissəsi olaraq EuroVelo-ya qoşulur. EuroVelo 8 – Aralıq dənizi marşrutu İspaniyadan başlayır və Fransa, İtaliya, Sloveniya, Xorvatiya, Monteneqro, Albaniya və Yunanıstanda dəvam edərək 11 ölkədən keçib İzmir və Cənubi Kiprə gedir.

 

İzmir Dikili Limanından 45-ci kilometrdə Türkiyəyə girəcək ilk marşrut UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil olan Berqama Antik Şəhəridir. Daha sonra marşrut sırayla İzmir Quş Cənnəti, Karşıyaka, Alsancak, Seferihisar, Sığacık, Urla və Alaçatı kimi İzmir və ətrafındakı gözəl yerlərdən keçir və UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil olan Efes Antik Şəhərində sona çatır.

 

Türkiyənin velosiped zolaqları təkcə İzmirlə məhdudlaşmır. Ölkə unikal coğrafi mövqeyi və tarixi təqdimatları ilə velosiped turizmi üçün unikal potensial təklif edir. Türkiyənin mədəni irsini, toxunulmaz təbiətini və alternativ turizm mərkəzlərini pedal çevirərək kəşf etmək istəyən ziyarətçilər üçün xüsusi olaraq yaradılmış saysız-hesabsız marşrutlar var.

 

İstanbulda yol velosipedçiləri üçün yaradılan Avrupa Yakası Meşə Marşrutu; Türkiyənin turizm cənnəti olan Muğlada dağ velosipedi, çınqıl və e-velosiped üçün nəzərdə tutulmuş Köyceğiz – Ortaca – Dalaman marşrutları; Antalyanın Kemer rayonunda Likya Yolu – Maden Çimərliyi marşrutu; Kapadokiyanın nəfəs kəsən təbii gözəlliklərini bölgənin ən əhəmiyyətli tarixi mərkəzlərindən biri ilə birləşdirən Güvercinlik Vadisi – Göreme Açıq Hava Muzeyi marşrutu da Türkiyənin ziyarətçilərinə təklif etdiyi ekzotik alternativlər arasındadır.

WhatsApp Image 2023 04 09 at 15.14.17

 

 

Avropa Velosipedçilər Federasiyası (ECF) haqqında

1983-cü ildə yaradılan Avropa Velosipedçilər Federasiyası Avropada hamı üçün daha çox və daha yaxşı velosiped sürməyə həsr olunmuş Brüsseldə yerləşən, qeyri-kommersiya birliyidir. Avropanın nəqliyyat və istirahət məqsədli velosiped idmanı üçün yeganə çətir təşkilatıdır. 40-dan çox ölkədə 60-dan çox üzv təşkilatı ilə, ümumavropa səviyyəsində yeganə qeyri-hökumət səsi və dünyanın ən böyük və ən tanınmış velosipedçilərin müdafiəsi təşkilatı olaraq Avropa velosiped hərəkatlarını birləşdirir. Ətraflı məlumatı  ecf.com saytınandan əldə edə bilərsiniz.

 

EuroVelo, Avropa velosiped yolu şəbəkəsi, Avropa Velosipedçilər Federasiyasının (ECF) milli və regional tərəfdaşları ilə birgə təşəbbüsüdür. EuroVelo mövcud və planlaşdırılan milli və regional velosiped marşrutlarını vahid Avropa şəbəkəsində birləşdirir. Avropa qitəsini birləşdirən 17 uzun məsafəli velosiped yolundan ibarət şəbəkədir. Marşrutlar velosipedli turistlər və birgünlük səyahət edənlər tərəfindən istifadə oluna bilər. EuroVelo haqqında daha ətraflı məlumatı www.EuroVelo.com saytından və layihənin həyata keçirilməsi ilə bağlı daha ətraflı məlumatı  pro.eurovelo.com saytından əldə edə bilərsiniz.

hazırladı: Aynur Allazova
WhatsApp Image 2023 04 09 at 15.14.16

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button