45°C istilik dalğası Avropada səyahət marşrutlarını dəyişir
İsti havalar və bunun nəticəsində baş verən meşə yanğınları Avropanın turizm xəritəsini dəyişir. Ən məşhur istiqamətlər təhlükə altındadır, daha sərin olan yerlərə isə turist axını gözləyir. Şengen-info nəşrinin məlumatına görə, keçən il isti yay səbəbindən turistlərin sayı 10% azalıb, hazırda havanın temperaturu, yanğınlar və qasırğalar turistləri ən populyar istiqamətlərdən qovmaqla davam edir.
Yunanıstan, İtaliya və İspaniyanın bir çox yerlərində 45 dərəcə istilik qeydə alınıb. Bu temperatur turistləri daha sərin yerlərə qaçmağa məcbur edir. Avropa Turizm Komissiyasının məlumatları göstərdi ki, iyun və noyabr ayları arasında səyahət etməyi planlaşdıran səyahətçilərin sayı 4% azalıb, İspaniya isə ən az təsirlənib – sorğuda iştirak edənlərin 8%-i yaxın aylarda bu ölkəyə səfər etməyi planlaşdırır, Fransa və İtaliya 7% ziyarət, Yunanıstan və Xorvatiya ciddi şəkildə zəifləyib- yalnız 5% ora getməyə hazırdır. Eyni zamanda, daha soyuq iqlimi olan yerlərə tələbat artır – məsələn, Bolqarıstan, İrlandiya, Çexiya və Danimarka, onlar getdikcə populyarlaşır.