Dünya turizmi

Azərbaycan turizm imkanlarını Qətərdə keçirilən beynəlxalq sərgidə nümayiş etdirir

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmizin turizm imkanları Qətərin paytaxtı Dohada keçirilən “Qatar Travel Mart” sərgisində nümayiş etdirilir.

Xüsusi formada dizayn edilmiş milli stenddə ziyarətçilərə Azərbaycanın tarixi, milli mətbəx nümunələri, ekoturizm, dağ-xizək mərkəzləri, sağlamlıq və qış turizmi imkanları haqqında ətraflı məlumat verilir.

Milli stenddə ölkəmizi Azərbaycan Turizm Bürosu ilə yanaşı, ümumilikdə 7 yerli turizm sənayesi tərəfdaşı təmsil edir.

Beynəlxaq sərgi çərçivəsində iştirakçı turizm sənayesi nümayəndələri ilə B2B (Biznesdən biznesə) formatlı görüşlər keçirilir, qarşılıqlı əməkdaşlıq imkanları qiymətləndirilir.

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid “Dünya səviyyəli dayanıqlı destinasiya və xidmətlərin yaradılması” mövzusunda keçirilən panel diskussiyada iştirak edib.

Bundan əlavə, Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Mahir Əliyev milli stendi ziyarət edərək sərginin gedişatı ilə tanış olub.

Noyabrın 22-dək davam edəcək sərgidə 60 ölkədən dövlət və özəl sektoru təmsil edən 250 turizm sənayesi nümayəndəsi iştirak edir və sərgiyə 9 mindən çox ziyarətçinin qatılacağı planlaşdırılır.

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button