Ölkə turizmi

“Hotellərin göstərdiyi xidmətlərin keyfiyyətində problemlər var”

“Hotellərin göstərdiyi xidmətlərin keyfiyyətində problemlər var”

“Bu gün deputatların turizmlə bağlı səsləndirdiyi bir çox məsələlər “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərə alınıb”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
Dövlət Turizm Agentliyinin sədri bildirib ki, turizmlə bağlı Strategiyada yer alan məsələlərin tez bir zamanda həll olacağına ümid edirlər: “Turizm sektorunda lisenziya və icazələrin ləğvi iqtisadi fəallığı əhəmiyyətli şəkildə artırıb. Digər məqam turizm sektorunda istehlakçı hüquqlarının qorunması və xidmətin keyfiyyəti ilə bağlı problemdir. Hotellərin göstərdikləri xidmətlərin keyfiyyətində problemlər müşahidə edilir. Bu istiqamətdə də inkişafa nail olmaq üçün normativ bazanın yaradılması vacibdir. Yeni qanun turizm sektorunda davamlı inkişafı dəstəkləməlidir”.

Spiker Sahibə Qafarova isə deyib ki, deputatların qaldırdıqları məsələlərin həll olunacağına əmin olmaq istəyirlər: “Deputatların təklifləri qəbul edilsə, bu, ancaq turizmin inkişafına dəstək olacaq”.

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button