Elanlar və tədbirlər

Gəncədə turizm peşələri üzrə əmək yarmarkası keçirilib

Dekabrın 25-də Dövlət Turizm Agentliyinin Gəncə Regional Turizm İdarəsinin təşkilatçılığı ilə “Gənc turizmçilərin şəbəkələşmə və əmək yarmarkası” keçirilib.

Yarmarkada iştirak edən 180-dən çox tələbəyə müxtəlif dövlət qurumları, təhsil müəssisələri, eləcə də turizm sənayesinin müxtəlf istiqamətləri üzrə fəaliyyət göstərən müəssisələr (yerləşmə, iaşə və əyləncə, startaplar) daxil olmaqla 31 müəssisə üzrə iş imkanları təqdim edilib.

Yarmarkanın keçirilməsində əsas məqsəd tələbələrin iş imkanlarına əlçatımlığının təmini və rəqabətqabiliyyətli kadrların sənaye ilə birbaşa əlaqələrinin genişləndirilməsidir.

Tədbir Dövlət Turizm Agentliyinin “Azərbaycanın Turizm Strategiyası 2023-2026” sənədinin 9 təməl prioritetlərindən biri olan turizm sektorunda insan resurslarının inkişafı istiqamətlərini hədəfləyir.

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button