Elanlar və tədbirlər

Gürcüstanın Turizm Assosiasiyasının üzvləri arasında əməkdaşlıq əlaqələri

Azərbaycan Turizm Agentlikləri Assosiaasiyasının üzvləri ilə Gürcüstanın Turizm Assosiasiyasının üzvləri arasında əməkdaşlıq əlaqələri və birgə iş birliyinin yaradılması məsələləri müzakirə olunub.
Onlayn formatda baş tutan görüşdə ATAA -nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov və Gürcüstanın Turizm Assosiasiyasının sədri Nata Kvaçantiradze də iştirak ediblər.
Görüşdə iki ölkənin turizm imkanlarıına və turizm məhsullarına dair təqdimat nümayiş olunub, həmçinin qarşılıqlı kommunikasiya əlaqələrinin artırırlması, B2B formatlı görüşlərin keçirilməsi, Azərbaycan-Gürcüstan-Türkiyə üzrə kombo turların formalaşdırılması, iki ölkənin turizm şirkətləri üçün tanışlıq məqsədli infoturların təşkili,qarşılqılı biznes əlaqələrinin genişləndirilməsi aviauçuşların sayının artırılıması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələr çərçivəsində həm təşkilat rəhbərləri, həm də üzvlər görüşlərin geniş tərkibdə daha sıx keçirilməsi istəyini dilə gətiriblər. Görüş iştirakçıları iki ölkə arasında turist səfərlərinin intensivliyinin artırılması üçün sıx əməkdaşlıq etməyə hazır olduqlarını qeyd ediblər.

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button