Dünya turizmi

Qazaxıstanda Azərbaycanın turizm imkanları təbliğ edilir

Qazaxıstanda Azərbaycanın turizm imkanları təbliğ edilir

Azərbaycan Turizm Bürosu 19-21 apreldə Qazaxıstanın Almatı şəhərində keçirilən “KITF 2023” turizm və səyahət sərgisində milli stendlə təmsil olunur.

Ümumilikdə 6 yerli turizm sənayesi nümayəndəsinin iştirak etdiyi sərgidə Azərbaycanın potensial turizm imkanları təbliğ edilir və digər ölkələri təmsil edən turizm sənayesi nümayəndələri ilə B2B formatlı görüşlər keçirilir.

Sərginin ilk günündə Azərbaycana həsr edilən panel sessiyası təşkil edilib.

Sessiya zamanı Qazaxıstandan Azərbaycana olan aviauçuşlar, yay mövsümündə təklif edilən turizm məhsulları, hotellər və Azərbaycanda fəaliyyət göstərən müalicəvi kurortlar haqqında məlumat verilib.

Sayca 21-ci dəfə keçirilən “KITF 2023” sərgisində bu il 19 dövləti təmsil edən turizm sənayesi nümayəndələri, dünyanın 28 ölkəsindən 4 minə yaxın ziyarətçi iştirak edir.

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button