Elanlar və tədbirlər

ATAA və “PMD Hospitality” əməkdaşlıq imkanlarını müzakirə ediblər

Hotel sənayesi ilə əlqələrin genişləndirilməsi və biznes imkanlarının formalaşdırılması məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla “PMD Hospitality”-nin kommersiya ofisinin rəhbəri Çağlar Göncüler arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.
Görüş zamanı ATAA -nın ölkənin turizm bazarında fəaliyyəti, bu sektorda tərəfdaşları, turizm sənayesinin inkişafında rolu və üzvlərinin sayı haqqında məlumat verilib.
Müzakirələr zamanı “PMD Hospitality” ilə ATAA və ona üzv şirkətlərlə tərəfdaşlıq və əməkdaşlıq sahəsində qarşılıqlı əlaqələrin inkişafı, bu istiqamətdə aktivliyin artırılması, şirkətə daxil olan hotellərlə birgə iş birliyinin yaradılıması, korporativ müqavilələrin bağlanması, qiymət siyasətinin tənzimlənməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, PMD Hospitality – nin aktivlər portfelində bir neçə 5 ulduzlu hotel (Chenot Palace Gabala, Gaşaltı Health Hotel, Chinar Hotel & SPA,Garabagh Resort & SPA, Galaalti SPA & Sanatorium, Lankaran Springs Wellness Resort, The Excelsior Hotel & Spa Baku, Ramada Plaza by Wyndham Gence, Goy Gol Lake Resort) və lüks kurort (Shamakhi Palace Sharadil) fəaliyyət göstərir.

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button