Ölkə turizmi

“Turizm Sahəsində Dual Təhsil Proqramı”

“Turizm Sahəsində Dual Təhsil Proqramı” çərçivəsində peşə təhsili alan gənclərin və partnyor hotellərin proqram haqqında fikirlərini bölüşdükləri videoçarx hazırlanıb.

Praktiki fəaliyyətlərin əks olunduğu videoçarxı izləyicilərə təqdim edirik.

Qeyd edək ki, Peşə təhsili müəssisələrində aşpaz və turizm sahəsində iaşə üzrə mütəxəssis ixtisaslarında təhsil alan tələbələr proqrama dövlət-özəl sektorun nümayəndələri tərəfindən müsahibə yolu ilə cəlb olunublar.

Bakı və Qəbələdə tətbiq olunan “Turizm Sahəsində Dual Təhsil Proqramı”nın məqsədi sənaye nümayəndələri ilə birlikdə təcrübə əsaslı biliklərin tələbələrə ötürülməsinə imkan yaratmaqdır.

Proqram Peşə Təhsili üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində “Bacarıqlı Ol” usta yanında öyrənmə layihəsinin dəstəyi ilə həyata keçirilir.

videoçarx *

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button