Turizm Köşəsi

Azərbaycan turizmi 2022-ci ildə – İlkin Əhmədovun baxışı (köşə)

Dünya turizm sənayesinin 2022-ci ildən gözləntiləri çox böyükdür. Əlbəttə ki, vəziyyət 2019-cu ildəki kimi olmayacaq. Ancaq 2021-ci ilin göstəricilərinə nisbətdə dəfələrlə artım olacaq. Hazırda qlobal turizm hərəkətinin qarşısında ən böyük əngəl COVID qadağaları, PCR test (əlavə xərclər), qlobal inflyasiyadır.

2022-ci il Azərbaycan turizmi üçün də heç də asan olmayacaqını proqnoz etmək olar. Bunun əsas        səbəblərindən bir neçəsi:
azer1

  •  Ölkəmizin müharibədən yeni çıxması (baxmayaraq ki, Qarabağda zəfər çalmışıq və erməni problemini həll etmişik, ancaq beyinlərdə hələ müharibə ölkəsi kimi qalmışıq)
  • Hələ də davam edən COVID qadağaları (maska, PCR test, adam sayı, ara məsafəsi)
  •  Logistika xidmətlərinin təsiri (dəmir yolunun işləməməsi, Gürcüstanla quru sərhədlərin bağlı olması Gürcüstana gələn turistləri Bakıya təyyarə ilə gəlməyə məcbur edir ki, bu da onları fikirlərindən daşındırır)
  •  Ölkədə baş verən qiymət artımı (yekunda tur paketin qiymətinə təsiri)
  •  Turizm sənayesinin professionallaşmış işçilərini itirməsi (yenidən qeyri-peşəkar işçilərin xidməti axsatması, turisti aldatmaq cəhdləri və s.)
  •  Infrastrukturun sıradan çıxması (nəqliyyat, restoran və otellərin təmirə vəsait ayıra bilməməsi, köhnəlmiş obyektlər müştəri məmnuniyyətini aşağı salacaq)
  •  Ölkəmizin sezon fərqini aradan qaldıra bilməməsi (aşağı sezon, yuxarı sezon)
  • Hələ də turizm şirkətlərinin köhnə, standart proqramlardan kənara çıxmaması, öz turlarında yeniliklər etməməsi
  •  Bir çox hotellərin turizm şirkətlərini dəstəkləməməsi

Ancaq inanıram ki, Azərbaycan turizm sənayesi 2022-ci ildə daha da inkişaf edəcək və ölkəmizə turistlərin axını daha da artacaqdır. Bunun ən böyük göstəricisi Fizuli hava limanının istifadəyə verilməsi, oraya olan xüsusi diqqət və qayğı, Şuşaya dəvət edilən xarici nümayəndələr, Zəngəzur dəhlizinin açılışa hazırlanmasıdır.

Bəs sizcə 2022-ci ildə Azərbaycan turizmini nə gözləyir? Şərh bölməsində fikirlərinizi bölüşə bilərsiniz

hazırladı : İlkin Əhmədov
ilkin ahmedov

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button