Ölkə turizmi

Turist axını iki dəfədən çox artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 138 ölkəsindən 150,4 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, gələnlərin 33,1%-i Rusiya Federasiyası, 24,3%-i Türkiyə, 13,1%-i İran, 5,8%-i Gürcüstan, 3,4%-i Səudiyyə Ərəbistanı, 2,6%-i Birləşmiş Ərəb Əmirlikləri, 2,1%-i Ukrayna, 1,9%-i Küveyt, 1,2%-i Böyük Britaniya, 1,1%-i Qazaxıstan, hər birindən 0,9% olmaqla Hindistan və Oman, hər birindən 0,7% olmaqla Almaniya və Pakistan, 0,6%-i ABŞ, hər birindən 0,5% olmaqla Belarus və İsrail, 6,6%-i digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 81%-ni kişilər, 19%-ni qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Omandan gələnlərin sayı 658 dəfə, Səudiyyə Ərəbistanından – 460,7 dəfə, Küveytdən – 200,6 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən – 54,2 dəfə, Bəhreyndən – 36,3 dəfə, İsraildən – 11,0 dəfə, Pakistandan – 9,7 dəfə, Hindistandan – 9,2 dəfə, ABŞ-dan – 4,3 dəfə, Fransadan – 3,5 dəfə, Qazaxıstandan – 3,1 dəfə, Rusiya Federasiyasından – 2,1 dəfə, Böyük Britaniyadan – 2 dəfə, Ukraynadan – 1,8 dəfə, İrandan -1,8 dəfə, Türkiyədən – 1,8 dəfə, Gürcüstandan – 1,2 dəfə artıb.

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button